KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

23.02.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də S.Amanovaya məxsus yardımçı təsərrüfatlardan birindən oğurluğa cəhd göstərmiş, habelə ona məxsus anbardan məişət əşyaları oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.  


Aparılmış profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ramin Məmmədov “İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ  42-ci Polis Bölməsinə təhvil vermişdir.

Fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.  24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin  gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna hüzr yerinə yollanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Fevralın 19-da Bakı şəhər sakini N.Ələmovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ümüdbəy Babayev Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.