KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu...

21.02.2018

Fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmar aparılır.

Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.

Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.