KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə...

17.02.2018

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.