KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki zavoddan 120 kiloqram mis külçələr oğurlamaqda şübhəli bilinən...

10.02.2018

Fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki zavoddan 120 kiloqram mis külçələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Əzizov və Samir Mürsəlov saxlanılıblar. Ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Şahin Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis məmulatlar oğurlamaları da müəyyən edilmişdir. Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də paytaxt sakini olan 1 qadının içərisində 223 manat, 20 ABŞ dolları, 5 lari, 4 lirə və kredit kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Hacıyev saxlanılmışdır.


Narkotik vasitə ilə tutulmuş Kəmaləddin Talıbovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə şəhər BPİ və Nərimanov RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqustun 2-də rayon ərazisindəki evlərin birindən 90 manat və 2 qızıl üzük oğurlaması da müəyyən edilmişdir.