KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən...

29.01.2018

Oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il mayın 29-dan dekabrın 23-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, qaz sayğacı və su mühərriki oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-na keçən gecə rayon ərazisində 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azər Kərimov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 28-də daha 1 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.