KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-dən 17-dək olan müddətdə rayon ərazisində...

20.01.2018

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-dən 17-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar  Abdullayev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PB və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 13-də rayon ərazisindəki evlərin birindən 400 manat və məişət əşyasını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Elyar Əliyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Vüsal Səmədovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvarın 3-də marketlərin birindən tütün məmulatı və sərinləşdirici içki, habelə yanvarın 10-da rayon ərazisindəki başqa bir mağazadan 650 manat və geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirmişdir. Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilmişdir.