KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 13-də Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini...

13.01.2018

Yanvarın 13-də Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Svetlana Kolodinaya zor tətbiq edib içərisində pul və sənəd olan pulqabısını almışdır. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Hacıyev saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki daş karxanalarından birindən hər birinin uzunluğu 12 metr olan  14 ədəd rels və 2 ədəd daşkəsən aparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ataş Əhmədov, Zərdab rayon sakini İlham Ağayev və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əsədov saxlanılmışlar.