KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

06.01.2018

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 19-da rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Amin Xıdırov saxlanılmışdır.

Yanvarın 6-da saat 8:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sabirabad rayon sakini Abbas Abbasovun idarə etdiyi “VAZ-2107” və Abşeron rayon sakini Elşad Abudovun idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşmuş və nəticədə A.Abbasov hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.