KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

04.01.2018

Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da Qiyas Abbasovun ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “İsuzu” markalı, 206 saylı xətt avtobusunun sürücüsü - Salyan rayon sakini Əlipənah Mehrəliyev saxlanılmışdır.

Yanvarın 4-də saat 21 radələrində Yasamal rayonunun Moskva prospektində Xaçmaz rayon sakini Füzuli Xurşudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Astara rayon sakini İlyas Əliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. 
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Ötən il dekabrın 30-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 100 ABŞ dolları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Aslanov Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

2017-ci il dekabrın 3-də Bakı şəhər sakini Ramin Əhmədova məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Altun Əhmədov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.