KRİMİNAL XRONİKA
Əsas səhifəXəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
03.01.2018
Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov yanvarın 3-də saxlanılmışlar.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Vaqif Baxışova məxsus “QAZel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Emin Novruzov yanvarın 3-də saxlanılmışdır