KRİMİNAL XRONİKA
Əsas səhifəYanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini...
01.01.2018
Yanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Fəhruz Fəhruzzadəyə zor tətbiq edib içərisində 121 manatı olan pulqabısını almışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bayramlı saxlanılmışdır.
Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri almış, xəstəxanaya yerləşdirilmişlər.