KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən cari il...

29.12.2017

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən cari il mayın 5-dən noyabrın 29-dək olan müddətdə rayon ərazisində  5 həyətyanı sahədən 21 ev quşu və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıblar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və içərisində 3000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Səməd Yusifov saxlanılmışdır.  
Ətrafında aparılan tədbirlərlə onun cari il iyunun 6-dan noyabrın 8-dək olan müddətdə rayon ərazisində 1 gözəllik salonundan, 1 tədris mərkəzindən və daha 1 mağazadan pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Dekabrın 29-na keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cümşüd Babayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.
Bakı şəhər BPİ, Suraxanı RPİ 32-ci PB və Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Telman Cəfərov avtomobillə birlikdə Suraxanı rayonu ərazisində saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün daha bir avtomobil qaçırması da müəyyən edilmişdir.

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Bakıxanov qəsəbə sakini Emin Qurbanov Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəraitdə  qaçırıldığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub.

A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.