KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə...

26.12.2017

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulmuşdur. Uşaq xəstəxanaya yerləşdirilmişdir.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Dekabrın 26-da saat 20 radələrində Binəqədi rayonunun E.Babayev küçəsində Bakı şəhər sakini Aftandil Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Zəhra Binnətovanı və onun nəvəsi - azyaşlı Elvida Qarayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Z.Binnətova orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Seyfəddin Mustafayevin ətrafında Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 14-də metronun “Elmlər Akademiyası” stansiyasında Bakı şəhər sakini Nuranə Hacıyevanın çantasından içərisində gümüş boyunbağı, yaddaş kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 28-ci PB və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin avqustundan dekabr ayınadək olan müddətdə daha 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən cari il noyabrın 8-də Rəvan Dəmirova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılmışdır. 
Ətrafında aparılan tədbirlərlə onun dekabrın 20-də və 22-də daha 3 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.