KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat...

24.12.2017

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.  Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən komyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub. Faktla əlaqədar cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər dekabrın 24-də müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər. Araşdırmalarla onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanov olduqları müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri aparılır.

Noyabrın 25-27-də paytaxt sakinləri Müslüm Nəzərovun 100 manatını və Samir Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Babək rayon sakini Tehran İsmayılov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən dekabrın 24-də saxlanılmışdır.