KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması...

22.12.2017

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb. Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb.

Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

Dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2 naməlum şəxs Qax rayon sakini Feyzulla Əzizova hədə-qorxu gələrək mobil telefonunu almışdır. 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Kərimov və Fərid Zeynalov saxlanılmışlar. 

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının avtomobilindən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Orxan Əliyev və Ramil Nuriyev saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 25-də daha bir avtomobildən pul və bankomat kartı oğurlamaları da müəyyən edilmişdir.