KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan...

20.12.2017

Dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirli evinin qarşısından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Mirzəağa Məmmədov saxlanılaraq istintaqa təhvil verilmişdir.

Aparılan profilaktiki tədbirlər nəticəsində dekabrın 20-də  Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ağabala Məmmədağa oğlu müvafiq sənədləri olmayan ”İJ-58” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Dekabrın 20-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Orxan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Paşayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.