KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki...

17.12.2017

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarında quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkə və 100 metr led işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət daxil olub. Faktla əlaqədar cinayət işi başlanılıb.   Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və  dekabrın 17-də saxlanılaraq istintaqa təhvil veriliblər. Araşdırmalarla onların Bakı şəhər sakinləri Qədir Süleymanov və Faiq Yusubov olduqları, oğurluğu birgə törətdikləri müəyyən edilib. Oğurlanmış ictimai əmlakın müəyyən qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib. Faktla əlaqədar cinayət işi başlanmışdır.  Dekabrın 17-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər. Araşdırmalarla onların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.