KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 10-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində...

10.12.2017

Dekabrın 10-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Rüstəm Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuş və nəticədə hadisə yerində ölmüşdür.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 8-də rayon ərazisindəki apteklərdən birindən 680 manat və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

Dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Hüseynağa İsmayılovun ətrafında Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin may-sentyabr ayları ərzində 3 velosiped və 1 qadının mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.