KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

30.11.2017

Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisində 3 avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elnur Qənizadə tutulub, daha 2 nəfər isə müəyyən edilib, saxlanılmaları üçün tədbirlər görülür.

Cari ilin oktyabr ayı ərzində Sabunçu rayonu ərazisində 4 evdən kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Əliyev Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə cari ilin noyabr ayı ərzində Nardaran qəsəbəsindəki evlərdən birinin zirzəmisindən ümumilikdə 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Həbib Hacılı saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Emil Şirinovun ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 200 manat pul və 9000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.