KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 17-də Bakı şəhər sakini A.Rəhimovanın içərisində 250 manat...

26.11.2017

Oktyabrın 17-də Bakı şəhər sakini A.Rəhimovanın içərisində 250 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Hicran Qurbanov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 26-da saat 7:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Sübhan Cabbarov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Ruslan Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri ilə noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil veriliblər. Belə ki, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyən edilib. 29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin  sürücüsü  -  Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb. Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub. Suraxanı RPİ  və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.