KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 22-də saat 20 radələrində Yasamal rayonunun...

23.11.2017

Noyabrın 22-də saat 20 radələrində Yasamal rayonunun Tbilisi prospektində xətt avtobuslarından birində Bakı şəhər sakini Anar Sadıqzadənin cibindən 410 manatı oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər məhkum olunmuş İbrahim Əsgərov ərazidə xidmət aparan Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən içərisində 3000 manat olan seyf və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
 
Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən noyabrın 22-də Nicat Səlimova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əsədov tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisindəki 3 evdən geyim, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Səfərov, Babək rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Noyabrın 23-də saat 5.00 radələrində Yasamal rayonunun Moskva prospektində Qazax rayon sakini Rafiq Əliyev idarə etdiyi “İsuzu” markalı 65 saylı xətt avtobusla yolu keçən Yardımlı rayon sakini Sazada Paşayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.