KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş...

22.11.2017

Noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İsgəndər Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İlqar Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb. İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il avqustun 16-da Bakı şəhər sakini olan 1 yeniyetmə qızın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Famil Hüseynov və İsmət Hüseynov saxlanılıblar.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan İsmayıl Məmmədlinin və Elxan İsayevin ətraflarında Suraxanı RPİ 32-ci və 33-cü PB-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari il fevralın 2-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən ətir, akkumulyator və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Noyabrın 22-də saat 6 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.  Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 23-də saat 1 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Hacıqabul rayon sakini Cavid Zalıyev idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 16-dan noyabrın 20-dək olan müddətdə rayon ərazisində 1 həyətyanı sahədən, 1 marketdən ərzaq məhsulları və məişət əşyaları, 3 nəfərin mobil telefonlarını, habelə 1 avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamal Süleymanov saxlanılıb.