KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan...

14.11.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Nuhan Gülümcanovun ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqustun 5-də rayon ərazisindəki mağazaların birindən 200 manat, 8 mobil telefon və yaddaş kartı oğurlaması da  müəyyən edilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 32 manat, 2 mobil telefon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 28-də Südabə Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Şəhriyar Əliyev saxlanılıb.

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Noyabrın 14-də saat 8 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Elxan Hacıyevin içərisində 43 manat olan pulqabısı cibindən oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Qədəşov Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən tutulub.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən 14-dək olan müddətdə Xəzər rayonunun Binə qəsəbəsində tikintisi başa çatmamış evlərin birindən 300 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 9-10-da tikintisi başa çatmamış daha 2 evdən də  elektrik naqilləri oğurlamaları müəyyən edilib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb. Faktla ağlı müvafiq araşdırmalar aparılır. 

Noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyən edilib. Faktla ağlı müvafiq araşdırmalar aparılır.