KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının...

22.10.2017

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 25-dən sentyabrın 11-dək olan müddətdə Qobustan və Səngəçal qəsəbələri ərazilərindəki idarə və müəssisələrə məxsus ümumilikdə 270 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Türkiyə vətəndaşı Oğuzhan Safi, Bakı şəhər sakinləri Vəli Vəliyev, Aqil Vəliyev və qardaşı Elxan tutulublar.

Kriminalistik Tədqiqatlar İdarəsi və və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Suraxanı rayonundakı inzibati binalardan birindən kompyuter və printer oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Rəhimov tutulub.

Oktyabrın 22-də saat 18 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsiərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib.Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi məyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib. İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-dən 21-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Orucov və əvvəllər məhkum olunmuş Anar Abdullayev tutulublar. 

Oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır. 

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki internet klublardan birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Asif Niyazov və Məhəmməd Hüseynzadə tutulublar. M.Hüseynzadənin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da “İsuzu” markalı avtomobildən ərzaq məhsulları oğurlaması da müəyyən edilib. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də rayon ərazisindəki apteklərdən birindən 956 manat pul oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə tutulub.