KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 21-də saat 19 radələrində Suraxanı rayonunun...

21.10.2017

Oktyabrın 21-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 19-da Bakı şəhər sakini olan bir qadının içərisində 200 manat pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Danil Yermiçiyev tutulub.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 19-da rayon ərazisindəki mağazaların birindən 291 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.