KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun...

17.10.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyunun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Bakı şəhər sakini Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 7-də  rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Yusifov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul ayı ərzində rayon ərazisində 2 avtomobildən 40 manat pul, məişət əşyası və sənəd oğurlaması müəyyən edilib.