KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində...

13.10.2017

Oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində avtobusdan düşən bir nəfərin qaçıb oradan uzaqlaşmağa çalışması, digərinin isə onu təqib etməsi həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib və dərhal görülən tədbirlərlə onlar saxlanılıblar. Məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıbmış. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları məlum olub. Araşdırmalarla A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlaması müəyyən edilib. A.Ağaxanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə oktyabrın 10-da eyni üsulla Bakı şəhər sakini olan bir qadının  içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. 

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də Bakı şəhər sakini Leyla Quliyevanın içərisində pul, mobil telefon və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini Şəhanə Zülfüqarova tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də rayon ərazisindəki müəssisələrdən birindən 5 ədəd plastik pəncərə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər əvvəllər məhkum olunmuş İsgəndər Dəmirov tutulub. 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Röyal Əliyevin ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 24-də “Azercell Telekom” MMC-yə məxsus rabitə stansiyasından 843 ABŞ dolları dəyərində 21 metr mis kabeli oğurlaması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hikmət Şahverdiyevin ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 12-də 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilinidiyinə görə görə tutulan Elman Əliyevin ətrafında Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daha 2 nəfərin ciblərindən pul və mobil telefonları oğurlaması da müəyyən edilib.