KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs...

12.10.2017

Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib.Məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, H.Muradov  qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub. 
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir. 

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Hüseynovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb. 

Oktyabrın 11-də Səbail rayonunun İçəri Şəhər Qəsr küçəsində “Toyota” markalı avtomobildən qızıl boyunbağı oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan Əsgərov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Turqut Sadıqlının ətrafında Nərimanov RPİ 18-ci PB-nın əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqustun 24-də və sentyabrın 29-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.