KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 3-dən 7-dək olan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsindəki...

07.10.2017

Oktyabrın 3-dən 7-dək olan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsindəki  kompyuter zallarının birindən 4 ədəd televizor və 6 ədəd oyun aparatı oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Namazov və Faiq Cəfərov tutulublar.

Oktyabrın 7-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Mübariz Hacıyev idarə etdiyi “QAZel-330214” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Bakı şəhər sakini Amin Quliyevin 187 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini Teymur Nəzərov tutulub.

Qaradağ RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün Hüseynovdan 475 qram marixuana götürülüb.