KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən...

27.09.2017

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Bakı şəhər sakini Ruhanə Quliyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsmayılov tutulub.

Sentyabrın 27-nə keçən gecə Binəqədi rayonu ərazisindəki mağazalardan birindən geyim və məişət əşyaları oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Seyidov tutulub. 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Hüseynovun və Nuhan Gülümcanovun ətraflarında Nəsimi RPİ 20 və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların sentyabrın 8-də və 17-də rayon ərazisindəki 1 kafedən, 1 şirniyyət evindən pul və 2 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

Sentyabrın 27-də saat 19 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini Adil Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.