KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.09.2017

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov sentyabrın 26-da tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilmişdir.

Sentyabrın 18-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Mansur Mustafazadəyə məxsus “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və əvvəllər məhkum olunmuş Turqut Sadıqlı 16-cı PB-nin əməkdaşları tərəfindən sentyabrın 26-da tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların sentyabrın 17-də 3 avtomobildən pul və mobil telefon oğurlamaları, daha bir avtomobildən isə oğurluğa cəhd göstərmələri müəyyən edilib. 

Sentyabrın 26-da saat 12 radələrində Binəqədi qəsəbəsi ərazisində Şərur rayon sakini İlkin Əhmədov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Pərviz Cavadovu vurub və nəticədə uşaq hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.