KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 25-də Bakı şəhər sakini İlqar Şahmarovun “VAZ-2107” markalı...

25.09.2017

Sentyabrın 25-də Bakı şəhər sakini İlqar Şahmarovun “VAZ-2107” markalı avtomobilindən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Vüsal Bağırov və Adil Əbülfətov Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Nəsimi 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  iyul-sentyabr ayları ərzində rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov sentyabrın 25-də tutulub.