KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 19-da Nəsimi rayonunun Ş.Əzizbəyov küçəsində naməlum şəxs Bakı şəhər sakini...

19.09.2017

Sentyabrın 19-da Nəsimi rayonunun Ş.Əzizbəyov küçəsində naməlum şəxs Bakı şəhər sakini V.İbrahimovaya zor tətbiq edib içərisində 254 manat və metro kartı olan pulqabısını alıb. Nəsimi RPİ 22-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nəriman Quliyev tutulmuşdur. 

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 19-da Bakı şəhər sakini Rəcəb Cəfərova məxsus “Honda” markalı mopedi oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim İmaməliyev saxlanılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərdən birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Süleymanov sentyabrın 19-da tutulub.