KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

17.09.2017

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də və 16-da rayon ərazisində 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov sentyabrın 17-də tutulublar. 

Sentyabrın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisindən qəsəbə sakini Rəhim Nəcəfovun “VAZ-2106” markalı avtomobili qaçırılıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Səid Ağamirov Türkan qəsəbəsi ərazisində saxlanılıb.