KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 29-da paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan...

29.08.2017

Avqustun 29-da paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan Bəxtiyar Məmmədov evində münaqişə zəminində arvadı Zülfiyyə Mərufovanı boğaraq qətlə yetirib, sonra isə Nəsimi RPİ 22-ci PB-yə gələrək istintaqa təslim olub. 

Avqustun 22-də Nizami RPİ-yə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.
Faktla bağlı RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə rayonun M.Əliyev və  Ə.Zəimzadə küçələrində ümumilikdə 4 avtomobildən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qasım Novruzov, Elşən Ağayev və Elvin Hüseynov avqustun 29-da tutulublar.