KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

28.08.2017

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva avqustun 28-də tutulub.

Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 19-da rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov avqustun 28-də tutulub.