KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən...

25.08.2017

Avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Müəyyən edilməmiş avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb. Bu  barədə Səbail RPİ-yə məlumat daxil olan kimi polis əməkdaşaları dərhal hadisə yerinə gəlib. Hadisəni törədən nəqliyyat vasitəsinin və onu idarə edən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Renault” markalı avtomobillə törədilməsi müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib. Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobili Bakı şəhər sakini Teymur Hüseynovun idarə etdiyi müəyyən edilib. Keçirilən tədbirlərlə avtomobil  sürücüü ilə birlikdə saxlanılıb.

Avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci PB-yə müraciət edərək ərinin onu ölümlə hədələməsini və yaşadıqları evdə sursat saxlamasını bildirib. Xətai RPİ 35-ci PB-nin əməkdşaları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Sənan Zeynalovun ətrafında Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun avqustun 5-də rayon ərazisindəki mağazalardan birindən 230 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması müəyyən edilib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 24-də rayon ərazisindəki 1 sexdən və 1 mağazadan gümüş əşyalar və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aydın Xudaverdiyev və 1 yeniyetmə saxlanılıb.

Avqustun 23-də saat 17 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Coşqun Rzayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Səxavət Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada avqustun 25-də orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Avqustun 20-də Bakı şəhər sakini Bəhruz Tatanovun üz nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Fərhad Nəsibov Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb.