KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Azad Səfərovun ətrafında...

23.08.2017


Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Azad Səfərovun ətrafında DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun avqustun 12-də paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən televizor və 3 ədəd mobil telefon oğurlaması müəyyən edilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 13-də Bakı şəhər sakini olan bir nəfərə məxsus içərisində 300 manat və sənəd olan pul qabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Heydər Eminov tutulub.

Sabunçu RPİ 14-cü PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Bakı şəhər sakini Ramin İbrahimova, qardaşları Ruslana və Rəhmana bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Müseyib Məmmədov tutulub.

Avqustun 19-da və 23-də naməlum şəxs Bakı şəhər sakinləri Toğrul Məmmədlini və Fərid Səmədovu aldadıb onlardan 5 ədəd telefon alıb. Nərimanov RPİ  17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Elvin Qarayev tutulub.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən ötən il dekabrın 31-də rayon ərazisindəki evlərdən birindən qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Aqilə Abıyeva tutulub.

Avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Allahverdi Hadıyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Avqustun 23-də saat 16 radələrində Xətai rayonunda Bakı şəhər sakini İlkin Ağayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rüstəm Həsənlini vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Avqustun 23-də saat 5 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Rusif İsayevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Niva” markalı avtomobilin sürücüsü – paytaxt sakini Orxan Cəfərzadə tutulub.