KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

22.08.2017

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar. H.Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat pul almaları da müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki kolleclərdən birinin sinif otağından 3 ədəd kondisioner, 10 ədəd monitor və 3 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gəray İbrahimov saxlanılıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən  ev sahibəsinin tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.

Avqustun 21-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Məmmədovdan 6 kiloqram 350 qram marixuana götürülüb.

Aparılan profilaktiki söhbətlər nəticəsində avqustun 22-də Sabunçu rayonunun Nardaran qəsəbə sakini Vüqar Xudaverdiyev “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.