KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 15-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərdən birindən...

17.08.2017

Avqustun 15-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərdən birindən 3 ədəd mobil telefon oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinənlər - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Azad Səfərov və Bakı şəhər sakini Elvin Kərimov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların avqustun 14-də Yasamal rayonu ərazisindəki evlərdən birindən 70 manat pul və mobil telefon oğurlamaları da müəyyən edilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.