KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

16.08.2017

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş, Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub.

Avqustun 16-na keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Zakir Məmmədovun 1 baş inəyini oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Xəqani Quliyev 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub. 

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 11-də Bakı şəhər sakini olan bir qadının içərisində geyim əşyaları və 3000 manat dəyərində qızıl əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Hidayət Həsənov tutulub.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki oyun zallarından birindən 5 ədəd televizor, 4 ədəd oyun aparatı və 13 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev, Ağdam rayon sakini Anar Mehdiyev və Gürcüstan vətəndaşı Rahib Abdullayev tutulublar.