KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

07.08.2017

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də Tərtər rayon sakini Vüqar Süleymanova qarşı zor tətbiq edərək 45 manatını almaqda şübhəli bilinən Bakı şəhər sakini Anar İsmayılov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramal Qəhrəmanovun ətrafında Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 13-dən 30-dək olan müddətdə Sahil qəsəbəsi ərazisində “MAZ”, “MAN” və “Kamaz” markalı 3 avtomobildən akkumulyatorlarını oğurlamaları da müəyyən edilib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisində “Toyota” markalı avtomobildən içərisində 1500 manat və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Mehdiyev tutulub.

Cari il iyulun 26-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Elxan Mehtiyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun kənarında dayanan Bakı şəhər sakini  İsmayıl Nəcəfovu vurub. Xəstəxanaya yerləşdirilən İ.Nəcəfov avqustun 7-də orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.