KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

05.08.2017

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini Pünhanə Məmmədəliyevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Rasim Əhmədov tutulub.

Avqustun 5-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.