KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

30.06.2017

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

İyunun 30-da Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil veriliblər.

Metropolitendə Polis Şöbəsi və Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini Rəvan Ağayevə dəmir parçası ilə xəsarət yetirib 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Qulu Səfərzadə tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisindəki bağ evlərindən birindən 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə 1 avtomobildən akkumulyator, 4 evdən isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.

İyunun 29-da Binəqədi rayonu ərazisində “Lexus” markal avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gündüz Şükürov 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

inəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də Bakı şəhər sakini olan bir qadının çantasından 370 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Etibar Seyidbəyli tutulub.

Səbail rayonu ərazisində polis əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 8 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

İyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.