KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

25.06.2017

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 17-dən iyunun 6-dək olan müddətdə rayon ərazsisindəki vətəndaşlara məxsus 4 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Xəlilov tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də rayon ərazisində 1 avtomobili qaçırmağa cəhd göstərməkdə və 1 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Əsgərli tutulub.

İyunun 25-də saat 05 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Şirvan şəhər sakini Rövşən Yəhyayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Abdulla İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Araşdırma aparılır.