KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

20.06.2017

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub.

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Mirzədadaş Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Əlisahib Bədəlovun ətrafında Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə 2 avtomobildən, 1 evdən və 1 aptekdən pul və qızıl əşyalar oğurlaması müəyyən edilib.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb. Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş  Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

İyunun 20-də saat 1 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Ziya Tarverdizadə idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Samid Fərzəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Araşdırma aparılır.