KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

16.06.2017

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyevdən 720 qram marixuana aşkar edilərək götürülüb.

İyunun 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonu oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Aygün Əliyeva Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki moda evlərindən birindən 2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası CM-nin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini Hacıağa Əbilov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Xəyal Bayramovun ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il mayın 6-dan iyunun 9-dək olan müddətdə rayon ərazisində 3 velosiped oğurlaması da müəyyən edilib.