KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

09.06.2017

Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 31-də rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azər Salayev tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Bakı şəhər sakini İsmayıl Umudovun 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən Laçın Əliyev və Cavid İbrahimov tutulublar.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Bakı şəhər sakini Ramil Məmmədovun 500 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Bəxtiyar Şirinov tutulub.

Mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal RPİ 26-cı PB-yə müraciət edib rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlanmasını bildirib.Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfinfən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.

İyunun 9-da Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Məmməd Seyidov “Nissan” markalı avtomobilini evinin həyətinə verərkən nəvəsi 3 yaşlı İsrayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

İyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markal avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən həmyerlisi Sadiq Məsiyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.