KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini...

27.05.2017

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini Valeh Hacıyevin həyətindən “Yamaha” markalı qayıq mühərrikini oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Güləhməd Babayev saxlanılıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 13-də Bakı şəhər sakini Aytac Ələkbərovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Emil Əfəndiyev və Ramil Məmmədov tutulublar.
 
Mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində  digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər görülür.
 
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Pirşağı qəsəbə sakini Rəhman Şahverdiyevdən 9,67 qram, idarə etdiyi “ZİL” markalı avtomobilə baxış zamanı 4 kiloqram 75 qram, yaşadığı evə baxış zamanı isə 7,94 qram marixuana aşkar edilərək götürülüb.
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Gəray Ramiyara məxsus həyətyanı sahəyə baxış zamanı oradan 12,544 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
 
Mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar