KRİMİNAL XRONİKA

Əsas səhifə

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətdiklərinə görə tutulmuş şəxslər

30.12.2015

Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 26-da Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində Bakı şəhər sakini Elnarə Hüseynovaya qarşı soyğunçuluq hərəkətlərində şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Qəhrəman Məmmədov və 1984-cü il təvəllüdlü Kamil Quliyev tutulub.  

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elçin Hacıyev tutulub.  

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü İsmayıl Muradov tutulub.  

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 24-nə keçən gecə, Maştağa qəsəbəsi Ləhiş bağ massivində 1990-cı il təvəllüdlü Bəhruz Şıxəlizadənin həyətindəki tövlədən iri buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Çingiz Zərbəliyev və əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Heydər Cəfərov tutulub. Müəyyən edilib ki, onlar dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində Elçin Əliyevin həyətindəki tövlədən 7 ədəd xırda buynuzlu heyvan, dekabrın 21-nə keçən gecə Məmmədyar Məmmədova məxsus evdən tikinti alətləri, dekabrın 22-nə keçən gecə isə Bicay və Vicay Məmmədov qardaşlarının həyətindən 24 ədəd ev quşu oğurlayıb.

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Şamxal Əkbərovdan 435 qram marixuana götürülüb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 24-ə keçən gecə Qismət Abdullayeva məxsus, F.X.Xoyski küçəsində yerləşən dərzi sexindən pul, iki ədəd tikiş maşını və bir ədəd ütü oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Cavanşir Musayev tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 28-də 7-ci Əhmədli küçəsində Samirə Səmədovanın evindən, içərisində 700 manat olan əl çantası oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri - əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Rəsul Həsənov və qardaşı Ramin tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da Naxçıvanski küçəsində Elçin Cəfərova məxsus «VAZ-2104» markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir Xələfov tutulub.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 23-də D.Bünyadzadə küçəsində 1959-cu il təvəllüdlü Rafiq İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Emin Qasımov tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
30.12.2015